Autsayderi çalışdırmaq üçün 9 milyon avrodan imtina edən "koç"

Uğursuz nəticələrdən sonra baş məşqçisi Frank de Buru istefaya göndərən “Kristal Pelas” komandanın “sükanı”nı təcrübəli mütəxəssis Roy Hocsona həvalə edib.

 

Sportinfo.az xəbər verir ki, Hocson Premyer Liqa klubunda çalışmaq üçün Çindən gələn iki sərfəli təklifə “yox” cavabı verib. Bu barədə məlumatı İngiltərənin “Mirror” nəşri yayıb.

 

Xəbərdə 70 yaşlı mütəxəssisə gələn təkliflərdən birinin illik 9 milyon avro dəyərində olduğu vurğulanıb. Ancaq Hocson bundan qat-qat aşağı məbləğə İngiltərədə, “Kristal Pelas”da çalışmaq qərarı verib.

 

“Kristal Pelas” İngiltərə Premyer Liqasının cari mövsümündə 4 turdan sonra sonuncu pillədə qərarlaşıb. “Qaratallar”ın hesabında nə xal, nə də qol var.

Tarix: 14 Sentyabr 14:24    Oxunub: 170    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Sentyabr 2017
21 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.