"Qəbələ"yə ağır xəbər: "İndi Ozobiçə ilk növbədə dinclik lazımdı"

"Qəbələ"nin aparıcı futbolçularından olan Filip Ozobiçin Topaz Premyer Liqasının son turunda "Zirə"ylə ev oyununda aldığı zədə ciddidi.

 

Sportinfo.az xəbər verir ki, komandanın həkimin Roman Jolobaylyuk sport24.az-a açıqlamasında xorvatiyalı yarımmüdafiəçinin sümüyün qırıldığını bildirib. Bu üzdən Filipin tam sağalması uzun müddət çəkəcək:

 

"Ozobiçi hərtərəfli müayinə etdikdən sonra zədəsinin belə olduğu aşkarlandı. Bu isə ən azı 6 həftəlik sıradan çıxması deməkdi. Artıq müalicə prosesinə başlamışıq. İndiki dövrdə ona ilk növbədə dinclik lazımdı. Zaman futbolçu üçün ən yaxşı əlacdı".   

 

Məlum olduğu kimi, Filip həmin oyunun 53-cü dəqiqədə əvəzləndikdən 5 dəqiqə sonra "Qəbələ"nin digər legioneri - fransalı hücumçusu Stiven Jozef-Monroz eyni aqibətlə üzləşdi. Ukraynalı həkim bu legionerin zədəsinin ciddi olmadığını söyləyib:

 

"Stivenin əzələsində problem var. O, fərdi proqram əsasında çalışır. Hardasa 10 günə sağalmalıdı. Qarşıdakı turda "Səbail"ə qarşı oynamayacağı dəqiqdi. Bundan sonra "Neftçi"ylə ev oyununadək hazır olmasına çalışacağıq".

Tarix: 14 Sentyabr 14:12    Oxunub: 255    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.