“Neftçi” ilə oyunda sıradan çıxdı, 10 gün kollektivdən uzaq qaldı

“Kəpəz”in bir müddətdi zədəsini müalicə etdirən üzvü İlkin Sadıqov komanda ilə birgə məşqlərə qoşulub.

 

Sportinfo.az xəbər verir ki, Topaz Premyer Liqasının 3-cü turunun “Neftçi” ilə oyununda sıradan çıxan futbolçu 10 gün kollektivdən uzaq qalıb. 

 

Qabırğanın yerini dəyişməmiş sınığı diaqnozu qoyulan Sadıqov yalnız ötən həftədən fərdi halda hazırlığa başlayıb.
 
Zədə səbəbindən hücumçu 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin oyunlarını və çempionatda “İnter”ə qarşı matçı kənardan izləyib.

Tarix: 14 Sentyabr 13:48    Oxunub: 124    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Sentyabr 2017
19 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.