“Mançester Yunayted”in ulduzu 4-6 həftə yaşıl meydanlardan kənarda

“Mançester Yunayted” ağır itkiylə üzləşib. Sportinfo.az xəbər verir ki, mankunianların əsas heyət üzvlərindən Pol Poqba sıradan çıxıb.

 

Fransalı yarımmüdafiəçi Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində baş tutmuş “Bazel”lə ev oyununda (3:0) zədələnib.

 

İngiltərənin BBC telekanalının yaydığı məlumata görə, Fransa millisinin üzvü 4-6 həftə yaşıl meydanlardan kənarda qalacaq.

 

Bu da o deməkdi ki, Poqba Premyer Liqanın “Everton”, “Sautqempton”, “Kristal Pelas”, İngiltərə kubokunun “Brayton”, həmçinin Çempionlar Liqasının ÇSKA-ya qarşı oyunlarını buraxmalı olacaq.

Tarix: 14 Sentyabr 13:36    Oxunub: 94    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.