Azərbaycanlı iş adamına 4 ölkədə klub almaq təklif olundu: "AFFA burda bizə imkan vermir"

"AFFA iş adamlarının, imkanlı şəxslərin futbola vəsait qoymasını, yeni klublar yaratmasını istəmir. Ona çalışırlar ki, bütün klubları ələ keçirsinlər. Monopoliya ediblər bu sahəni" - bu sözləri Sportinfo.az-a açıqlamasında fəaliyyətini dayandırmış "Şərurspor"un prezidenti Sərdar Bağırov deyib.


Bu ilin əvvəlində AFFA tərəfindən I Diviziondan uzaqlaşdırılmış klubun rəhbəri bildirib ki, ona 4 ölkədən təklif gəlib: "Mən Ukrayna, Çexiya, Lüksemburq və Moldovada komanda yarada, yaxud ala bilərəm. Adını çəkdiyim ölkələrin futbol federasiyaları mənə bu şəraiti yaratmağa hazırdı. İstədiyim gün ora gedib, bu işi görə bilərəm.

 

Həmin ölkələrin daxili futbol həyatı Azərbaycandan daha güclüdü. Bizlərin oralarda klub himayəyə götürməyimizə qaça-qaça razılıq verdikləri halda, AFFA burda qabağımızı kəsir.

 

Bilirsiz, nə qədər iş adamı AFFA-nın monopoliyasına görə futbola pul buraxmaq fikrindən daşınıb? AFFA bunu ona görə edir ki, özlərinin pis işlərləni rahat görsünlər. Mətbuatda haqqımda gedən o yazıların sifarişçisi AFFA-da oturanlardı.

 

Mən onların bütün çirkin əməllərinin üstünü açacam. İstər Premyer Liqa olsun, istər birinci divizion – hansı klubun "stavka" oynamasını faktlarla sübuta yetirəcəm. Sübutları gətirib stolun üstünə qoyacam, sonra da deyəcəm ki, buyurub hamı baxsın və görsün ki, qeyri-leqal bukmeyker kontorları ilə işləyən mənəm, yoxsa bunlar. Mövsümün axırını gözləyin. Mən AFFA-nın binasında gizlənib, əslində, pis-pis işlərlə məşğul olan o qrupun iç-üzünü açacam".

Tarix: 14 Sentyabr 13:24    Oxunub: 977    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.