Müharibə millini didərgin salıb

Suriya və Avstraliya milliləri arasında baş tutacaq DÇ-2018-in seçmə mərhələsinin Asiya zonasının pley-off görüşlərinin keçiriləcəyi məkan bəlli olub.

 

Sportinfo.az xəbər verir ki, bu yığmalar arasında ilk oyun Malayziyanın Malakka şəhərində baş tutacaq. Suriyada müharibə getdiyindən, ərəblər pley-off mərhələsindəki ev oyununu məhz bu şəhərdə keçirmək qərarına gəlib.

 

Bu barədə məlumatı Avstraliya Futbol Federasiyası yayıb. Bu millilər arasında cavab matçı isə Sidneydə baş tutacaq. Suriya seçmə mərhələnin qrup oyunlarını da məhz bu şəhərdə keçirib. 

 

İlk oyun oktyabrın 5-də, cavab qarşılaşması isə oktyabrın 10-da keçiriləcək. Xatırladaq ki, bu cütün qalibi dünya çempionatının seçmə mərhələsinin Şimali və Mərkəzi Amerika zonasının (KONKAKAF) 4-cüsü ilə üz-üzə gələcək.

Tarix: 14 Sentyabr 13:00    Oxunub: 183    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.