"Atletiko"nun ulduzu: "Bizi Azərbaycana çətin səfər gözləyir”

“İlk hədəf qrupdan çıxmaqdı. Bizi “Roma” və “Çelsi” ilə ağır oyunlar, eləcə də Azərbaycana çətin səfər gözləyir”. 

 

Sportinfo.az xəbər verir ki, bunu “Atletiko”nun futbolçusu Koke Çempionlar Liqasının qrup mərhələsinin I turunda “Roma” ilə İtaliyada qolsuz heç-heçədə sonra deyib.


25 yaşlı ispaniyalı hücumameyilli yarımmüdafiəçi bildirib ki, “Roma” ilə görüşdə yaxşı təsir bağışlasalar da, bu, üç xal qazanmaq üçün kifayət etməyib. O, etməli olduqları hər şeyi yerinə yetirdiklərini söyləyib:

 

“Lakin bu, 3 xal qazanmağımız üçün kifayət etmədi. Rəqibin müdafiə xətti və qapıçısı yaxşı təsir bağışladı. “Roma” çox yaxşı komandadır”.


“Qarabağ” – “Atletiko” oyunu oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu kollektivlər arasında ikinci görüş oktyabrın 31-də Madriddə olacaq.

Tarix: 14 Sentyabr 10:12    Oxunub: 147    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Sentyabr 2017
19 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.