"Neftçi"dən ilk gedən – Tərlan Əhmədov islahata başladı

Yenicə "Neftçi"nin sükanı arxasına keçən Tərlan Əhmədov məşqçi korpusunda ilk dəyişikliyi edib. Sportinfo.az-ın məlumatına görə, gənc çalışdırıcı Andrey Kolesnikova qapını göstərib. 


Fiziki hazırlıq üzrə köməkçi yaxın günlərdə Ukraynaya qayıtmalıdı. Onu kimin əvəzləyəcəyi yaxın günlərdə dəqiqləşəcək. İki-üç namizəd var. 


Kolesnikov Əhmədova çoxdan tanışdı. Xeyli müddət AZAL-da çiyin-çiyinə çalışıblar. O, ötən mövsümün oktyabrında Şüvəlan klubunu "Neftçi"yə dəyişib. Elxan Abdullayevin sözüylə.


Həmin vaxt bu keçid ciddi qalmaqala səbəb olmuşdu. Əhmədova vətəninə qayıtmaq istədiyini demiş, sonra səsi "Neftçi"nin bazasından gəlmişdi.

 

Dönüklük edən Kolesnikov bunu AZAL-da maliyyə vəziyyətinin pisləşməsi ilə əlaqələndirsə də, Abdullayevin "Neftçi"dən qovulmasıyla daha çətin situasiyaya yaxalandı.

Tarix: 14 Sentyabr 10:00    Oxunub: 1097    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Sentyabr 2017
19 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.