"Qəbələ"də daha çox oyun keçirib, daha çox uğur qazanacam"

Premyer Liqanın V turunda “Səbail”lə qarşılaşacaq “Qəbələ” səfər matçının hazırlıqlarını Bakıda davam etdirir.

 

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar”ın müdafiəçisi Ürfan Abbasov gabalafc.az saytına açıqlamasında komandanın hazırlığını dəyərləndirib, rəqib və qarşıdakı matç haqda fikirlərini bildirib: 


“Səbail”lə qarşılaşmaya ciddi hazırlaşırıq. Bütün matçlar üçün olduğu kimi yenə yüksək səviyyədə hazırlıq keçirik. Komandada yüksək əhval-ruhiyyə var. Rəqib yeni heyətə malik olsa da, çox yaxşı komandadı.

 

“Səbail”in təkcə çempionat deyil, hətta yoxlama oyununu da izləmişəm. Vuruşan, hər top uğrunda mübarizə aparan, çox istəkli komandadır. Təbii ki, bizimlə görüşdə də xal qazanmağa çalışacaq. Bütün rəqiblər çempionatın hər qarşılaşmasında var qüvvəsi ilə mübarizə aparır.

 

Buna baxmayaraq, biz də meydana 3 xal üçün çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, səfər oyunundan qələbə ilə dönək. İnanıram ki, bunun öhdəsindən gələ biləcəyik”.


Abbasov ilk 4 turdan sonra 7 xal toplayan komandasının çıxışını da dəyərləndirib: “Çempionatın 4 turu arxada qalıb. Yeni mövsümün böyük hissəsi hələ irəlidədir. Komandamızda yeni oyunçular olduğundan hazırda uyğunlaşma prosesi gedir.

 

Bir müddət vaxta ehtiyac var. Düşünürəm ki, tezliklə istədiyimiz oyunu nümayiş etdirə biləcəyik. Düzdür, komandanın indiki oyununu da müsbət dəyərləndirirəm. Amma daha effektli çıxış etməyimiz üçün zaman lazımdır”.


Həm ötən turun “Zirə”, həm də qarşıdakı turun “Səbail”lə qarşılaşması Ürfan üçün əlamətdar olacaq. Çünki IV turun qarşılaşması müdafiəçinin “Qəbələ”nin heyətində 161-ci oyunu olub. Bununla da Abbasov “qırmızı-qaralar”ın rekordçusu Dodoya çatıb.

 

2012-ci ildən komandamızda çıxış edən arxa xətt oyunçusu Premyer Liqada 130, Azərbaycan kubokunda 18, avrokuboklarda 13 görüş keçirib. Hesabında 3 qol olan Ürfan “Zirə” ilə matçda meydana çıxmaqla mütləq rekordçu olacaq. Futbolçu klubun tarixində ən çox qarşılaşmaya çıxan oyunçu olması barədə də danışıb: 


“Bu, mənim üçün çox sevindiricidi. “Qəbələ”də ən çox oyun keçirən futbolçu olmaq əlavə məsuliyyət, əlavə stimuldur. Artıq “Səbail”lə görüşdə Dodonun göstəricisini arxada qoyub, mütləq rekordçu olmaq xoşdu.

 

İnanıram ki, bunun ardı gələcək və daha oyun keçirib, komandamızla daha çox uğur qazanacam. Rekordun rəsmiləşəcəyi “Səbail”lə görüşdə qazanılacaq qələbə ilə bu ikiqat sevinc olacaq”.

Tarix: 14 Sentyabr 08:24    Oxunub: 148    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Noyabr 2017
22 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.