Bu yay dünya transfer bazarında nə qədər vəsait xərclənib?

Dünya klubları bu il yay transfer pəncərəsi dövründə futbolçu keçidlərinə 4,71 milyard dollar xərcləyib.

 

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı FİFA yayıb. Qurumun Transfer Araşdırmalar Mərkəzinin tərtib etdiyi məlumatda bu il iyunun 1-dən sentyabrın 1-dək olan müddətdə 7590 transfer üçün 4,71 milyard dollar vəsait xərcləndiyi qeyd edilib.

 

Ötən il transferlərə ümumilikdə 4,79 milyard dollar xərclənmişdi. Məlumatda bu transferlərin 21,2 faizinin Avropanın “böyük beşlik” (Almaniya, İngiltərə, İtaliya, İspaniya, Fransa) ölkələrinin payına düşdüyü də qeyd edilib.

Tarix: 13 Sentyabr 20:00    Oxunub: 82    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Sentyabr 2017
19 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.