Millimiz ən çox yerli baş məşqçi ilə qazanıb - İndiyədək ən yaxşı hal...

Macarıstan paytaxtı Budapeştdə keçirilən dünya çempionatı qənimət baxımından millimiz üçün uğurlu olub. Allsport.az-ın məlumatına görə, 2 gümüş və 1 bürünc medal qazanan Fərhad Məmmədovun komandası mükafat sayında rekord edib.

 

İndiyədək ən yaxşı halda, 2 dəfə fərqlənmişik. Dunay sahilində Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq) 2-si və Elmar Qasımov (100 kq) 3-cü olub; qadınlarda İrina Kindzerska (+78 kq) bürünc medala yetişib.

 

Ən yüksək nəticəmiz isə, 2013-cü ildə Braziliyanın Rio-de-Ja­ney­ro şəhərində keçirilmiş planetin ən güclülərinin yarışıdır. Həmin mücadilədə El­xan Məm­mə­dov (100 kq) Azərbaycana ilk dünya çempionluğunu qazandırıb. O zaman Orxan Səfərov (60 kq) 3-cü olmuşdu.

Tarix: 13 Sentyabr 19:24    Oxunub: 110    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.