"Oyunçularımla bağlı çox sərt ifadələr işlətmək istəmirəm"

Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda evdə PSJ-yə 0:5 hesabıyla uduzan “Seltik”in baş məşqçisi Brendan Rocers oyunla bağlı fikirlərini bildirib.

 

Sportinfo.az xəbər verir ki, Rocers oyunsonrası mətbuat konfransında komandasının 12 yaşlı uşaqlar kimi oynadığını deyib:

 

“Məni rekordlar maraqlandırmır. Biz dünya səviyyəli komandaya qarşı oynadıq. “Seltik” fasilədən sonra yaxşı təsir bağışladı. Çox istəyərdim, bütün oyunlarımızı belə keçirək.

 

Qarşılaşmanın bəzi hissələrində 12 yaşlı uşaqlar kimi oynadıq. Lakin oyunçularımla bağlı çox sərt ifadələr işlətmək istəmirəm. PSJ bizdən iki və ya üç baş üstündü. İlk hissə bir qədər fərqli ola bilərdi, lakin biz çox passiv idik”.

Tarix: 13 Sentyabr 19:12    Oxunub: 85    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Sentyabr 2017
19 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.