Əlihəsən Əmirli: "Növbəti hədəfim olimpiya oyunlarında qalib olmaqdı"

Yunanıstanın paytaxtı Afinada yeniyetmələrin dünya birinciliyində qızıl medal qazanan sərbəst güləşçi Əlihəsən Əmirli (42 kq) növbəti hədəfini açıqlayıb.

 

Sportinfo.az xəbər verir ki, qalib idmançının arzusu yeniyetmələrin olimpiya oyunlarını qalib başa vurmaqdır:

 

“Ardıcıl olaraq ABŞ, Qazaxıstan və Yaponiyadan olan rəqiblərimi mübarizədən kənarlaşdıraraq finala yüksəldim. Bütün rəqiblərimə tam üstünlüklə qalib gəldim. Finalda özbək idmançısını da məğlub edib çempion adını qazandım.

 

Şükürlər olsun ki, Vətənimizin bayrağını qaldırıb, himnimizi səsləndirdim. Qarşıdakı yarışlarda da uğurla çıxış etmək istəyirəm. Növbəti hədəfim gələn il keçiriləcək olimpiya oyunlarında qalib olmaqdı”.

Tarix: 13 Sentyabr 17:48    Oxunub: 258    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 May 2018
26 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.