İnandırıcı sübutlar tapmadı

Ümumdünya Antidopinq Agentliyi (WADA) rusiyalı 95 idmançıya qarşı araşdrımanı dayandırıb. Sportinfo.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.


Qəzetin əlinə WADA-nın rəhbər şəxsləri arasında olan daxili hesabat keçib və məlum olub ki, agentlik baxılan 96 işdən 95-də anti-dopinq qaydalarının pozulmasına dair inandırıcı sübutlar tapmayıb. Amma idmançıların adları açıqlanmayıb.


"Əldə olunan sübutlar bu 95 atletin antidopinq qaydalarını pozduğunu iddia etmək üçün kifayət qədər deyildi", - qəzetin məlumatına görə, bunu WADA-nın baş direktoru Olivye Niqqli hesabatda qeyd edib.


Qəzetin yazdığına görə, bu idmançılara qarşı araşdırmanın aparılmasına səbəb Moskva Antidopinq Laboratoriyasının sabiq rəhbəri Qriqori Rodçenkovun əlçatmazlığı olub. Amma Laboratoriyanın sabiq rəhbərinin vəkili bu faktı inkar edib və onun əməkdaşlığa hazır olduğunu bildirib.

Tarix: 13 Sentyabr 17:36    Oxunub: 81    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Sentyabr 2017
19 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.