"Son oyunlarda yaxşı təsir bağışlayırdıq, bu gün isə..."

Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda evdə “Yuventus”u 3:0 hesabıyla məğlub edən “Barselona”nın müdafiəçisi Xordi Alba matçla bağlı fikirlərini bildirib.

 

Sportinfo.az xəbər verir ki, o, “Football İtalia”ya açıqlamasında qələbədə komandanın baş məşqçisi Ernesto Valverdenin əməyini xüsusi vurğulayıb:

 

“Bu, nüfuzlu komanda üzərində möhtəşəm qələbə idi. Son oyunlarda yaxşı təsir bağışlayırdıq, bu gün isə formamızın zirvəsində idik.

 

Biz bütün 90 dəqiqəni çox diqqətli oynadıq. Ernesto Valverde öz fikirlərini uğurla həyata keçirir. O, burda fantastik bir iş görür”.

Tarix: 13 Sentyabr 17:00    Oxunub: 94    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.