Hücum etdi, UEFA iş açdı: FOTO

Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda keçirilən “Seltik” - PSJ qarşılaşmasında (0:5) insident baş verib.

 

Sportinfo.az xəbər verir ki, qarşılaşmanın ilk hissəsində “Seltik” azarkeşi meydana daxil olaraq, PSJ-in hücumçusu Kilian Mbappeyə hücum edib.

 

Azarkeş Paris təmsilçisi 3-cü qolu vurduqdan sonra meydana girib. O, Mbappeyə yaxınlaşsa da, ona xəsarət yetirə bilməyib.

 

Stüardlar onun qarşısını alıblar. UEFA məsələ ilə bağlı iş açıb. İnsident araşdırılacaq və qərar veriləcək. UEFA həm də PSJ azarkeşlərinin stadiondakı oturacaqları qırmalarını da araşdıracaq.

Tarix: 13 Sentyabr 16:48    Oxunub: 121    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.