"Beşiktaş"dan səfər, "Real"dan ev qələbəsi - ÇL GECƏSİ

Çempionlar Liqasında 2017/18 mövsümünün qrup mərhələsinə start verilib. Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə E, F, G və H qrupularının matçları keçirilib.

 

Günün ən maraqlı oyunlarından biri E qrupunda, Liverpulda baş tutub. Burda “Liverpul” “Sevilya”nı qəbul edib. İngiltərə Premyer Liqasının son turunda “Mançester Siti”yə darmadağın olan “qırmızılar” ispanlarla matçda doğma azarkeşləri önündə bəraət almaq istəyirdi. Lakin dörd qolluq qarşılaşmada qalib müəyyənləşməyib.

 

F qrupunda mübarizə aparan “Mançester Siti” isə səfərdə son Hollandiya çempionu “Feyenoord”la qarşılaşıb və darmadağına sevinib. Bu qrupun digər oyununda “Şaxtyor” “Napoli”ni qəbul edib. İtaliya təmsilçisi gözlənilməz məğlubiyyətlə üzləşib.

 

Günün maraqla gözlənilən matçlarından biri G qrupunda baş tutub. “Portu” evdə “Beşiktaş”la üz-üzə gəlib. Dörd qolun vurulduğu oyunda qələbəni "qara qartallar" bayram ediblər.

 

H qrupunda turnirin son qalibi “Real” evdə APOEL-i sınağa çəkib. Madrid təmsilçisi rəqibini darmadağınla yola salıb. Bu qrupun digər oyununda isə “Tottenhem” “Borussiya” ilə qarşılaşıb. İngiltərə klubu doğma meydanda inamlı qələbəyə sevinib.

 

E qrupu

“Liverpul” (İngiltərə) - “Sevilya” (İspaniya) - 2:2
Qollar: 
Ben Yedder, 5 (0:1), Firmino, 21 (1:1), Salah, 37 (2:1), Korrea, 72 (2:2) 

“Maribor” (Sloveniya) - “Spartak” (Moskva, Rusiya) - 1:1 
Qollar:
 Səmədov, 60 (0:1), Bohar, 85 (1:1)

F qrupu

“Feyenord” (Hollandiya) - “Mançester Siti” (İngiltərə) - 0:4 

Qollar: Stounz, 2, Aquero, 10, Xesus, 25, Stones, 63

“Şaxtyor” (Ukrayna) - “Napoli” (İtaliya) - 2:1 
Qollar: Tayson, 16 (1:0), Ferreyra, 58 (2:0), Milik, 71-pen (2:1)

G qrupu

“Leyptsiq” (Almaniya) - “Monako” (Fransa) - 1:1 

Qollar: Forsberq, 33 (1:0), Tielemans, 35 (1:1)  
  
“Porto” (Portuqaliya) - “Beşiktaş” (Türkiyə) - 1:3 

Qollar: Taliska, 13 (0:1), Mareqa, 21 (1:1), Tosun, 28 (1:2), Babel, 86 (1:3) 

H qrupu

"Real” (İspaniya) - APOEL (Kipr) - 3:0

Qollar: Ronaldo, 12; 50-pen, Ramos, 61 

“Tottenhem” (İngiltərə) - “Borussiya” (Dortmund, Almaniya) - 3:1 
Qollar: Min Son, 4  (1:0), Yarmolenko, 11 (1:1), Keyn, 15 (2:1); 60 (3:1) 

Tarix: 14 Sentyabr 00:46    Oxunub: 148    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.