Bosniya və Herseqovina millisinin üzvü Seyad Salihoviçlə anlaşdı

Almaniya Bundesliqa təmsilçisi “Hamburq” heyətini yeni futbolçuyla gücləndirib. Sportinfo.az xəbər verir ki, “dinozavrlar” Bosniya və Herseqovina millisinin sabiq üzvü Seyad Salihoviçlə anlaşıb.

 

Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. 32 yaşlı yarımmüdafiəçiylə mövsümün sonunadək müqavilə bağlanıb. Salihoviç “Hamburq”a azad agent kimi keçib.

 

Belə ki, yayda İsveçrə “Sankt-Qallen”indən ayrılan bosniyalı futbolçunun heç bir klubla müqaviləsi yox idi.

 

Salihoviç daha öncə “Herta” və “Hoffenhaym” kimi Bundesliqa klublarında top qovub. O, 2007-2015-ci illər aralığında Bosniya və Herseqovina millisinin şərəfini qoruyub.

Tarix: 14 Sentyabr 00:40    Oxunub: 340    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Sentyabr 2017
19 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.