"Qarabağ" Londondakı 0:6 hesablı darmadağından əvvəl...

“Qarabağ” avrokuboklar tarixindəki antirekordunu təkrarlayıb. Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi Avropada aldığı ən ağır məğlubiyyəti Çempionlar Liqasının qrup mərhələsinin I turunda Londonda “Çelsi” ilə oyunda yenidən yaşayıb.

 

Belə ki, "Qarabağ" “Stemford Bric”dəki 0:6 hesablı darmadağından daha ağır məğlubiyyət almayıb.  Bunadək isə iki dəfə 6 top fərqi yenilgi olub.

 

İlk 0:6 1998-ci il avqustun 13-də qeydə Danimarkada “Kopenhagen”lə Kuboklar Kubokunun ilk mərhələ matçında olub.

 

1 il sonra isə İntertoto kubokunun Il mərhələsində – iyulun 11-də Fransa “Monpelye”si evdə ağdamlıları 6 cavabsız qolla məyus edib.

 

Göründüyü kimi, 3-cü belə darmadağın 18 ildən sonra yaşanıb. Bu, eyni zamanda "Qarabağ"ın 2008-ci ilin avqustundan baş məşqçisi olan Qurban Qurbanovun rəhbərliyi altında ən ağır məğlubiyyəti olub.

 

“Qarabağ" Avropada son böyükhesablı məğlubiyyəti ötən il noyabrın 24-də Avropa Liqasınlın qrupun mərhələsinin V turunda Çexiyada  “Slovan”a 3 cavabsız qolla alıb.

 

Azərbaycan klublarının 1994-cü ildən çıxış etdiyi avrokuboklarda ən böyükhesablı məğlubiyyəti 1996-cı ildə UEFA kubokunda "Xəzri"nin debütündə - Polşada "Qutnik"dən ilk oyunda aldığı 0:9 hesablı məğlubiyyət olub.

Tarix: 14 Sentyabr 00:24    Oxunub: 258    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Noyabr 2017
22 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.