“Zirə” ilə matçda zədələnən Ozobiçlə Monroz "Qəbələ"ni tək buraxdı

“Qəbələ” Topaz Premyer Liqanın 5-ci turunun hazırlıqlarını davam etdirir. Sportinfo.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, birgünlük istirahətdən sonra sentyabrın 12-də Bakıda bir araya gələn “qırmızı-qaralar” məşqlərini paytaxtda gerçəkləşdirir.

 

Komanda Premyer Liqanın debütantı “Səbail”lə səfər matçının (sentyabrın 17-də) hazırlığı çərçivəsində gündə bir dəfə məşqə çıxır. Zədə səbəbindən iki futbolçu məşq prosesindən kənar qalıb. Bunlar ötən turun “Zirə” ilə matçında zədələnən Filip Ozobiçlə Stiven Jozef-Monrozdu.

Tarix: 14 Sentyabr 00:16    Oxunub: 146    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Noyabr 2017
22 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.