2024 və 2028-ci il Yay Olimpiya Oyunlarının təşkil olunacağı şəhərlər bu gün bilinəcək

Perunun paytaxtı Limada Beynəlxalq Olimpiya Komitəsinin (İOC) 131-ci Sessiyası işə başlayıb. Sportinfo.az xəbər verir ki, iclasın gündəliyindəki əsas məsələ 2024 və 2028-ci il Yay Olimpiya Oyunlarını təşkil edəcək şəhərlərin müəyyənləşdirilməsidi.

 

Bir müddət əvvəl keçirilmiş İOC-un Növbədənkənar Sessiyasında həmin olimpiadalara müvafiq olaraq, Paris (Fransa) və Los-Ancelesin (ABŞ) ev sahibliyi etmələri qərara alınıb.

 

Bu addım ali qurumun iki ciddi namizəddən heç birini itirməmək arzusu, habelə, bu şəhərlərin əlverişli Sifariş Ərizələri təqdim etmələri ilə əlaqələndirilib.


Tarixi qərar bu gün İOC, Paris-2024 və Los-Anceles-2028 Sifariş Ərizəsi komitələri arasında üçtərəfli müqavilə bağlanıldıqdan sonra açıqlanacaq.

 

Anlaşma Bakı vaxtı ilə saat 22:00-da ratifikasiya olunacaq. İOC-un 131-ci Sessiyası sentyabrın 16-dək davam edəcək.

Tarix: 13 Sentyabr 15:12    Oxunub: 65    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Sentyabr 2017
19 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.