"Qarabağ"a 6 qol vurmaq "Çelsi"yə nə verdi?

"Çelsi" 1999-cu ildən çıxış etdiyi Çempionlar Liqasının rekordunu "Qarabağ"la oyunda təkrarlayıb. Sportinfo.az xəbər verir ki, bu, Avropanın ən nüfuzlu klub turnirində ən böyükhesablı qələbədi.

 

Belə ki, "zadəganlar" bundan öncə 2014-cü ilin oktyayrbın 21-də "Maribor"u də "Stemford Bric"də məhz 6:0 hesabı ilə məğlub edib. Həmin oyunun iştirakçılarından Sesk Fabreqas, Eden Azar və Villian bu dəfə də meydanda olub, Tibo Kurtua, Sezar Aspilikiueta və Qari Keyhill ehtiyatda qalıb. 

 

Bu iki matç arasında paralel aparsaq, onda da "Çelsi"nin avtoqol hesabına sevindiyini demək olar. "Maribor"dan Mitya Vİler "Qarabağ"dan Maksim Medvedev kimi oyunun ikinci hissəsində avtoqol edib.

 

Sloveniya çempionu təmsilçimizdən fərqli ilk qolu 5 yox, 13-cü dəqiqədə buraxsa da, fasiləyə artıq böyükhesablı məğlubiyyətlə yolnaıb - 0:3. "Qarabağ" isə ilk hissədə 2, fasilədən sonra 4 top buraxıb.

 

"Maribor"a qol vuran futbolçulardan heç biri "Qarabağ"ın qapısına yol tapmayıb. Sadəcə. Azara onda dubla etməklə matçda son 2 qolun müəlliif olub. 

Tarix: 13 Sentyabr 20:36    Oxunub: 339    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Noyabr 2017
22 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.