"11 nəfər olsaydıq da, "Qarabağ"a qalib gəlməli idik"

“Çelsi”nin U-19 komandasının baş məşqçisi Co Eduards klub saytına açıqlama verib. Sportinfo.az-ın məlumatına görə, gənc mütəxəsis açıqlamasında UEFA Gənclər Liqasında "Qarabağ"a 5:0 hesabı ilə qalib gəldikləri oyundan danışıb:

 

"Biz bəzən burda təcrübə toplamaqdan danışırıq. Səbəb odur ki. taktikası müxtəlif komandalara qarşı oynayırıq. Ümumiyyətlə, qapalı müdafiə olunan komandalarla oynamaq çox çətindi.

 

"Qarabağ" bizim oyun intizamımızı pozmağa çalışdı. İlk yarıda hardasa bu alındı. Belə hallarda soyuqqanlılığı qorumaq çətindir. Düzdür, çətinlik çəkidik amma qələbə qazandıq. Uşaqlar müdafiədən çıxmağın yollarını tapdılar".

 

Çalışdırıcı Azərbaycan klubunun qırmızı vərəqə almasına da şərh verib: "Qırmızı vərəqələr futbolun bir hissəsidir. Lakin oyunçularıma bununla bağlı tapşırıq verməmişdim.

 

11 nəfər olsaydıq da, qalib gəlməli idik. "Qarabağ" bizim üzərimizə gəlincə, 11 nəfərlə düzgün müdafiə olunub öz oyunumuzu oynamaq məqsədimiz idi".

Tarix: 13 Sentyabr 20:24    Oxunub: 275    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Noyabr 2017
22 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.