Rəşad Sadiqov: "Mən "Neftçi" üçün canımı qoymuşam" - VİDEO

“Neftçi”nin yeni transferi Rəşad Sadiqov "Neftçi” TV-yə açıqlama verib. Sportinfo.az xəbər verir ki, keçmiş klubuna qayıdan yarımmüdafiəçi bunları deyib:

 

"Doğma hissdi. Üçüncü dəfədi bu komandaya qayıdıram. 7 il oynamışam, az müddət deyil. Bu klub üçün canımı qoymuşam.

 

İlk dəfə bu komanda ilə Avropa Liqasının qrupuna vəsiqə qazanmışıq, o sevinci yaşamışam. Komanda yoldaşlarımla əlimizdən gələni edəcəyik ki, yenə qrup mərhələsində oynayaq, o həyəcanı yaşayaq.

 

"Neftçi” Azərbaycanın flaqmanıdı. Həm yerli, həm də legioner - hər bir futbolçumuzun borcudu ki, komandanı yüksəklərə qaldırsın.

 

Əvvəl bilmirdim necə olub, amma indi münasibətləri görürəm, burda atmosfer tam başqadı, yerli, legioner bir-biri ilə qardaşdı. Məncə, Tərlan müəllim (Tərlan Əhmədov) bura kollektiv ab-hava gətirib. Çalışacağıq, yaxşı nəticələr verək”.

 

Tarix: 13 Sentyabr 19:36    Oxunub: 193    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Noyabr 2017
22 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.