"Nə zaman şans əldə edirəmsə, qol vururam"

“Bu qələbə komanda üçün çox yaxşı oldu. "Qarabağ"la oyun həm Markos Alonso, həm Davide Zappakosta, həm Nqolo Kante, həm də mənim üçün Çempionlar Liqasında ilk görüş idi. Birinci oyunda qələbə qazanmaq gözəldir".

 

Sportinfo.az xəbər verir ki,  bu sözləri "Çelsi"nin futbolçusu Mişi Batşuayi Çempionlar Liqasının qrup mərhələsinin birinci turunda "Qarabağ"a 6:0 hesabı ilə qalib gəldikləri oyundan sonra klubun saytına deyib.

 

"Hər matçda oynamağımı bilirsiniz. Ancaq nə zaman şans əldə edirəmsə, bundan istifadə edib, qol vururam" - deyə o bildirib.

 

23 yaşlı müdafiəçi Çempionlar Liqasında asan oyun olmadığını vurğulayıb: " Əgər bütün görüşlərdə qələbə qazanmaq istəyiriksə, diqqətli olmalıyıq.

 

İndi “Arsenal”la həftəsonu keçirəcəyimiz Premyer Liqa matçına köklənməliyik. Yaxşı hazırlıq keçib, qalib gəlməliyik”.

Tarix: 13 Sentyabr 18:12    Oxunub: 281    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.