"Bu nəticəyə görə insanlarımız bizə xüsusi təzyiq göstərmir"

"Nəzərə almaq lazımdı ki, bu oyun bizim üçün ilkin təcrübə idi" - Sportinfo.az xəbər verir ki, bunu axar.az-a “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.

 

N.İbrahimov komandanın sentyabrın 12-də Londonda “Çelsi” ilə oyunda 6 cavabsız topla məğlub olması barədə bildirib ki, Azərbaycanda ilk dəfə olaraq hansısa bir klub Çempionlar Liqasında ölkəmizi təmsil edir:

 

“Təbii ki, hər hansı bir texniki, taktiki mühakimələr nəticəni dəyişmir. Biz sadəcə olaraq ən uyğun şəkildə “Qarabağ”ı, Azərbaycanı təmsil eləməyə çalışırıq və bu baxımdan da məncə taktiki mühakimələr yerinə, biz ölkə olaraq birliyimizi göstərməliyik.

 

Qarşıdan Çempionlar Liqasının qrup mərhələsində ilk ev oyunumuz olacaq “Roma” ilə oyun gəlir və məncə, “Qarabağ”ı və Azərbaycanı düşünən azarkeş bu oyuna dəstəyini əsirgəməməlidir. Bu, komanda üçün ən böyük motivasiya olacaq.

 

Bizim üçün xoşdur ki, bu nəticəyə görə insanlarımız bizə xüsusi təzyiq göstərmir, çünki hər kəs başa düşür ki, rəqib İngiltərə çempionu “Çelsi” idi. Amma təbii ki, məğlubiyyət istənilən halda üzücüdü”.

 

Klub rəsmisi “Roma” ilə oyunda azarkeş dəstəyinin mühüm olacağını da önə çəkib: “Çempionlar Liqası elə bir turnirdir ki, burda təkcə futbolçular yox, həm də azərkeşlər, tribunalar da böyük rol oynayır”.

Tarix: 13 Sentyabr 16:36    Oxunub: 184    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.