"Qəbələ"nin üç futbolçusu millidə

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışına start verib. Sportinfo.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Valentin Qranatkinin xatirə turnirinə hazırlıq məqsədilə bir araya gələn milli komandanın düşərgəsinə “Qəbələ”nin 3 futbolçusu cəlb olub.

 

Bunlar Murad Popov, Əli Sadıxov və Fərid Nəbiyevdi. Yığmamızın hazırlığının 1-ci hissəsi dekabrın 30-a qədər davam edəcək. 2017-ci il yanvarın 2-də yenidən bir araya gələcək komandamız ayın 7-dək təlim-məşq toplanışında olacaq. Hazırlıq prosesi Bakıda keçiriləcək. 1999-cu il təvəllüdlü futbolçular arasında keçiriləcək beynəlxalq turnirdə Azərbaycan millisi Litva, Qazaxıstan və Slovakiya ilə eyni qrupda mübarizə aparacaq.

Tarix: 23 Dekabr 11:48    Oxunub: 212    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2017
27 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.