“Zirə”nin baş məşqçisi bir də hakimə hücum çəksə... FOTOLAR

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Sportinfo.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

 

Azərbaycan Premyer Liqasının 4-cü turunun “Qəbələ” - “Zirə”matçının 90+1-ci dəqiqəsində “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunun baş hakiminə sərt etiraz edib. Buna görə Ayxan Abbasova xəbərdarlıq olunur. Bu hal yenidən baş verəcəyi təqdirdə məşqçi cəzalanacaq.

 

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 4-cü turunun “Qəbələ" - “Zirə” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

 

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 4-cü turunun “İnter" - “Kəpəz” matçında “Kəpəz”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

Tarix: 13 Sentyabr 14:48    Oxunub: 235    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.