“Messi “Barselona”da nə qədər istəyirsə, o vaxta qədər də oynayacaq"

Lionel Messinin “Barselona” ilə yeni müqaviləsi rəsmiləşmədiyinə görə, söz-söhbət hələ də davam edir.

 

Sportinfo.az xəbər verir ki, İspaniya mətbuatı Messinin və İnyestanın komandadan ayrıla biləcəyini yazır. “Barsa”nın prezidenti Xosep Maria Bartomeu növbəti dəfə bu məsələyə münasibət bildirib.

 

O, azarkeşləri arxayın edəcək açıqlama verib: “Messi “Barselona”da nə vaxta qədər istəyirsə, o vaxta qədər də oynayacaq. İnyestaya gəldikdə isə o, universal futbolçudu. İnyesta Ronaldinyo ilə də oynayıb, indi də Messi ilə oynayır.

 

Andres bizim komanda üçün fundamental əhəmiyyətə malikdi. O da istədiyi vaxta qədər “Barsa”da qalacaq. Azarkeşlər Messi və İnyesta məsələsində tam arxayın ola bilərlər”.

 

Bartomeu bir müddət əvvəl verdiyi açıqlamada Messi ilə yeni müqavilənin bağlandığını, futbolçu Argentina yığmasının düşərgəsindən qayıtdıqdan sonra bu barədə rəsmi açıqlama veriləcəyini bildirmişdi.

Tarix: 13 Sentyabr 14:24    Oxunub: 97    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.