"Onun nə qədər müddət yaşıl meydandan uzaq qalacağını bilmirəm"

"Mançester Yunayted"in futbolçusu Pol Poqba zədələnib. Sportinfo.az xəbər verir ki, o, Çempionlar Liqasının qrup mərhələsinin birinci turunda "Bazel"ə qarşı matçın 19-cu dəqiqəsində əzələsindən zədə alıb və Maruan Fellayni ilə məcburi əvəzlənib.

 

"Mançester Yunayted" - "Bazel" görüşü meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Oyundan sonra komandanın baş məşqçisi Joze Mourinyo fransalı yarımmüdafiəçinin zədəsi barədə bunları deyib:

 

"Onun nə qədər müddət yaşıl meydanlardan uzaq qalacağını bilmirəm. Ancaq təcrübə göstərir ki, əzələsində problem olan futbolçular 1-2 həftə oynamırlar".

Tarix: 13 Sentyabr 13:48    Oxunub: 107    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.