"Bu, ən böyük səhvimiz idi"

Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda səfərdə “Barselona”ya 0:3 hesabıyla uduzan “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri oyunla bağlı fikirlərini bildirib.

 

Sportinfo.az xəbər verir ki, italyan mütəxəssis UEFA-nın saytına açıqlamasında buraxdıqları hər 3 qolu əks-hücumda qapılarında görmələrinin acı istehza doğurduğunu deyib:

 

“İlk hissədə yaxşı təsir bağışladıq, lakin bu səviyyədə oyunlarda əldə etdiyiniz fürsətləri dəyərləndirməlisiz. Biz isə bunu edə bilmədik və ilk hissənin sonunda cəzalandırıldıq.

 

Hər üç qolu əks-hücumda buraxmağımız acı istehza doğurur. Bu, ən böyük səhvimiz idi. Çünki ilk qoldan sonra müdafiədə daha diqqətli olmalıydıq.

 

Messi hər bir oyunun taleyini dəyişə biləcək futbolçudu. Ona bu cür şans versəz, mütləq sizi cəzalandıracaq. Buna baxmayaraq, ikinci hissədə daha yaxşı oynamalı idik. “Nou Kamp”da oynayarkən üstünlüyü ələ almaq çox çətindi”.

Tarix: 13 Sentyabr 13:36    Oxunub: 139    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.