Lempard: "Qarabağ" heç vaxt "Çelsi" ilə eyni səviyyədə ola bilməz"

"Çelsi"nin sabiq futbolçusu Frenk Lempard "zadəganlar"ın Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"la keçirdiyi oyun barədə danışıb.

 

Sportinfo.az xəbər verir ki, hazırda yayımçı BT Sport telekanalının eksperti kimi çıxış edən London təmsilçisinin keçmiş kapitanı Ağdam komandasının çıxışından narazılıq ifadə edib.

 

Lempardın fikrincə, "Qarabağ" heç vaxt "Çelsi" ilə eyni səviyyədə ola bilməz: "Onlar qılıncın küt tərəfini qaldırmışdılar. Çox pis, dəhşət doğuracaq müdafiə taktikası seçmişdilər.

 

İngiltərənin "Sandey Liqası"nda (daha aşağı səviyyəli həvəskar komandaların yarışdığı liqa) elə komandalar var ki, daha mütəşəkkil müdafiə olunurlar".

Tarix: 13 Sentyabr 13:12    Oxunub: 408    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.