Sabahdan satış başlayır - DÇ-2018-in bilet qiymətləri açıqlandı

Gələn il Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının biletləri sabahdan etibarən satışa çıxarılacaq. Sportinfo.az xəbər verir ki, satışın ilk mərhələsi 14 sentyabr - 16 noyabr tarixlərini əhatə edəcək.

 

Biletlərin növbəti partiyası isə 5 dekabr - 31 yanvar və 13 mart - 3 aprel tarixlərində satışa çıxacaq. Azarkeşlər Konfederasiyalar Kubokunda olduğu kimi dünya çempionatında da oyunlara baxmaq üçün FAN-İD kartlarını əldə etməlidilər.

 

Biletlər FİFA-nın rəsmi saytı vasitəsilə satılacaq. Xaricdən Rusiyadakı mundialı canlı izləmək istəyənlər üçün 1, 2 və 3-cü kateqoriya biletlər satışa çıxarılacaq.

 

3-cü kateqoriyada ən ucuz biletlər qrup mərhələsində 105, 1/4 finalda 175, finalda isə 455 dollar olacaq. 1-ci və ən bahalı kateqoriya üçün biletlərin qiyməti isə qrupda 550, həlledici oyun üçün isə 1100 dollardan başlayır.

 

DÇ üçün 4-cü kateqoriya biletlər də satışa çıxarılacaq. Lakin bu biletlər ancaq Rusiya vətəndaşları üçün nəzərdə tutulub. Bu kateqoriyaya aid biletlərin qiyməti qrup mərhələsində 22, final qarşılaşması üçün isə 122 dollardan başlayır.

Tarix: 13 Sentyabr 12:48    Oxunub: 100    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.