Londonda "Qarabağ"a dəstək məqsədilə fleşmob keçirildi

Böyük Britaniyanın simvollarından biri sayılan, məşhur "London Eye" attraksionunun qarşısındakı meydanda Azərbaycanı Çempionlar Liqasının qrup mərhələsində təmsil edən "Qarabağ"a dəstək, eyni zamanda, Azərbaycan turizminin təbliği məqsədi ilə böyük fleşmob keçirilib.

 

Sportinfo.az Milli Turizm Təbliğat Bürosuna istinadən verdiyi məlumata əsasən, tədbirdə milli musiqi parçaları səsləndirilib, xarici qonaqlara rəqs proqramı təqdim olunub.


Eyni zamanda, fleşmob çərçivəsində Azərbaycanın milli suvenirləri paylanılıb. Tədbirə çoxsaylı turist və soydaşlarımız qatılıb. Həmçinin Londonda "Qarabağ"ın uzunluğu 20, eni 10 metr olan geyim forması qaldırılıb, onun üzərində komandanın simvolları ilə yanaşı, "AZERBAİJAN.TRAVEL" və "#VISITBAKU" sözləri yer alıb.


Milli Turizm Təbliğat Bürosu tərəfindən Avropanın üç böyük paytaxt şəhərində - London, Madrid və Romada bu kimi digər möhtəşəm fleşmoblar və sair tədbirlər planlaşdırılır. Onlar ilk növbədə, "Qarabağ" futbol klubuna dəstək məqsədilə keçiriləcək.

 

Fleşmoba cəlb olunan könüllülər həmin şəhərlərin mərkəzi yerlərində Ağdam təmsilçisinin irihəcmli geyim formasını qaldıracaqlar. Azərbaycan bayraqlarının dalğalandırıldığı aksiyalarda çoxsaylı azərbaycanlı könüllülər, tələbələr iştirak edəcək,

 

"DJ"lər musiqi səsləndirəcək, sakinlərə Azərbaycan və ölkəmizin turizm imkanları barədə məlumatların əks olunduğu təbliğat materialları paylanacaq.

Tarix: 13 Sentyabr 00:24    Oxunub: 82    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.