“Den Boş” doğma meydanda qələbə qazandı, Ziya Əzizov qayıtdı

Hollandiya birinci divizionunda (Jupiler Liqa) 4-cü turun oyunları keçirilib. Sportinfo.az xəbər verir ki, Ziya Əzizovun formasını geyindiyi "Den Boş" da növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv doğma meydanda "Neymegen"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:0.

 

Mövsümün startı öncəsi baş tutan yoxlama görüşündə zədələnərək sıradan çıxan Əzizov bu görüşün də iştirakçısı olmayıb. Amma əvvəlki üç oyundan fərqli, o, bu dəfə matçı ehtiyat oyunçular skamyasından izləyib.

 

Bu isə onu göstərir ki, millimizin sabiq üzvü artıq zədəsini sağaldıb. "Den Boş" hazırda 4 xalla 20 klub arasında 11-ci pillədə qərarlaşıb.

Tarix: 13 Sentyabr 00:46    Oxunub: 86    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.