Klub prezidenti: "Binə" birinci divizionda iştirak etməyə hazırdı"

“Binə” Azərbaycan çempionatının birinci divizionunda debüt etməyə hazırdı" - Sportinfo.az xəbər verir ki, xəbər verir ki, bunu klubun prezidenti Teymur Həsənli deyib.

 

“Bizə sənədləri təqdim etmək üçün çərşənbə axşamı, saat 18:00-a qədər vaxt verilmişdi. Biz də bu gün son sənədlərimizi təqdim etmişik. Çempionatda iştirak etmək üçün bütün tələbləri yerinə yetirmişik.

 

Bununla bağlı hər hansı şübhəmiz də yoxdu. Maliyyə mənbəmizi də təqdim etmişik. Çərşənbə günü isə AFFA və PFL-in iclası olacaq və orada yekun qərar veriləcək. Standartlardan əlavə tövsiyyələrə də əməl etmişik.

 

Məsələn, tövsiyyə olundu ki, komandanın adı sponsorun adı ilə yox, Binə ilə bağlı olsun. Bunun nəticəsində isə AFFA bizə stadion məsələsində köməklik göstərəcək. Bu barədə şifahi razılıq da əldə olunmuşdu

 

Ancaq bu gün AFFA-nın baş katibi Elxan Məmmədovun adına rəsmi məktub da yazdıq. Bir sözlə, “Binə” birinci divizionda iştirak etməyə hazırdır”, deyə klub rəhbəri bildirib (yenicag.az).

 

AFFA və PFL hələlik çempionatda 8 komandanın iştirakına icazə verib. Bunlar “Mil-Muğan”, “Qaradağ Lökbatan”, “Turan-Tovuz”, “Ağsu”, “Zaqatala”, “Vətən”, “Şüvəlan” və MOİK klublarıdı.

Tarix: 13 Sentyabr 00:53    Oxunub: 596    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Noyabr 2017
19 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.