FİFA-ya müraciət etdi - Matçın burda keçirilməsinin əleyhinədi

Peru Futbol Federasiyası (PFF) FİFA-ya müraciət edib. Sportinfo.az xəbər verir ki, federasiya DÇ-2018-in seçmə mərhələsinin Cənubi Amerika zonası üzrə gələn ay baş tutacaq Argentina - Peru oyununun Bueynos-Ayresdəki “Bombonera” stadionunda yox, başqa arenada keçirilməsini tələb edib.

 

PFF-dən dünyanın ali futbol qurumuna göndərilən məktubda bu stadionda perulu azarkeşlərin təhlükəsizliyini təmin etməyin çox çətin olacağı qeyd edilib.

 

“Bombonera” stadionunda Argentinanın köklü klublarından “Boka Xuniors” ev oyunlarını keçirir. Bir müddət öncə bu arenada baş tutan “Boka Xuniors” - “River Pleyt” matçında yerli fanatlar qonaq azarkeşlərə hücum etmiş, oyun yarımçıq dayandırılmışdı.

 

Peru tərəfi məhz bu amili nəzərə alaraq, dünya çempionatına vəsiqə baxımından mühüm əhəmiyyət kəsb edən matçın bu stadionda keçirilməsinin əleyhinədi.

 

Hazırda Peru millisi 24 xalla 4-cü sırada qərarlaşıb. Eyni xala malik Argentina millisi isə yalnız vurulan topların sayında geri qalır.

 

DÇ-2018-in seçmə mərhələsinin Cənubi Amerika zonası üzrə reqlamentinə əsasən, turnir cədvəlində ilk 4 pillənin sahibi mundiala birbaşa vəsiqə qazanacaq.

 

5-ci pilləni tutan yığma isə pley-off qarşılaşmasına çıxacaq. Argentina - Peru matçı oktyabrın 5-də keçiriləcək.

Tarix: 13 Sentyabr 00:00    Oxunub: 113    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Noyabr 2017
22 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.