“Qarabağ”a qol vuran: "Bu cür debütü ancaq arzulamaq olardı"

Çempionlar Liqasının (ÇL) qrup mərhələsi çərçivəsində keçirilmiş “Çelsi” –“Qarabağ” matçından (6:0) sonra London klubunun müdafiəçisi Davide Zappakosta açıqlama verib.


Sportinfo.az xəbər verir ki, İtaliya millisinin üzvü qələbə barədə bunları qeyd edib: "Çempionlar Liqasına yaxşı start verdik. Özümə və komandama görə çox xoşbəxtəm.

 

"Stemford Bric"də bu cür debüt əla oldu. Ümid edirəm ki, belə də daam edəcəm. Məqsədimiz bütün oyunlarda qalib gəlmək və qrup mərhələsini adlamaqdı. Bunun üçün çalışırıq".


25 yaşlı müdafiəçi vurduğu qol barədə danışıb: "Sözün düzü, ötürmə etmək niyyətində idim. Ancaq top qapıya yaxşı getdi və qolla nəticələndi. Bu cür debütü ancaq arzulamaq olardı.

 

Top ayağıma yaxşı “oturduğundan”, qapıya getdi. Məqsədimiz bacardığımız qədər irəli getməkdi. Bu tempdə davam edəcəyik. İlk növbədə isə qrupdan çıxmağı planlaşdırırıq”.

 

Tarix: 13 Sentyabr 10:48    Oxunub: 128    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Noyabr 2017
19 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.