2.125: "Qarabağ", 0.625: "Zirə", 0.750: "İnter", 0.375: "Qəbələ"

Çempionlar Liqasının qrup mərhələsinin ötən gecə keçirilən oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir göstərməyib.

 

Sportinfo.az xəbər verir ki, ölkəmiz bu siyahıda əvvəlki mövqeyini qoruyub. Ötən gün Azərbaycanın avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçisi - "Qarabağ" növbəti oyununu keçirdi.

 

ÇL-in qrup mərhələsində tarixi oyuna çıxan təmsilçimiz debütdə İngiltərə çempionu “Çelsi”nin qonağı oldu və 0:6 hesabıyla məğlub oldu.

 

Hazırda UEFA reytinqində 55 ölkə arasında 22-ci pillədəyik. Azərbaycanın hesabında 18.625 reytinq xalı var. Onun 3.875 xalı (2.125 "Qarabağ", 0.750 "İnter", 0.625 "Zirə", 0.375 "Qəbələ"nin payına düşür) cari mövsümdə qazanılıb.

 

Bizdən öndə qərarlaşan Rumıniyanın 18.650 reytinq xalı var və 1 təmsilçisi mübarizəni davam etdirir. Azərbaycanı 17.625 xala malik Şotlandiya izləyir. Bu ölkənin də cəmi 1 təmsilçisi yoluna davam edir.

 

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırırdısa, heç-heçə 0.125 xal verirdi. Qrup mərhələsində isə heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.

Tarix: 13 Sentyabr 10:12    Oxunub: 184    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.