"Qarabağ"la oyun bizim üçün ideal başlanğıc oldu": Antonio Konte

“Bu, bizim üçün ideal başlanğıc oldu. Qrupun ilk oyununda çoxlu qol vurduq və qapımızı toxunulmaz saxladıq” - Sportinfo.az-ın məlumatına görə, bu sözləri “Çelsi”nin baş məşqçisi Antonio Konte Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”a qalib gəldikləri oyundan (6:0) sonra keçirilən mətbuat konfransında deyib.

 

İtaliyalı mütəxəssis futbolçularından ayrı-ayrılıqdan razılığını bildirib: “Komandamda xeyli müsbət məqamların şahidi oldum. Futbolçular oyuna əla köklənmişdi. Davide Zappakosta çox yaxşı oynadı. Eden Azar ən yaxşı formasına qayıtmaq üzrədir. Andreas Kristensen kimi oyunçulara da şans vermək çox vacibdir". 

 

Konte Davide Zappakostanın cinahdan birbaşa “Qarabağ”ın qapısına vurduğu qol  barədə də danışıb: "Zappakosta mənə dedi ki, məqsədi qapıya zərbə endirmək yox, qapı qarşısına ötürmə etmək olub. Ancaq o zərbə qolla nəticələndi. Bizim üçün də əsas olan qoldur”.

 

Konte artıq “Arsenal”la Premyer Liqadakı oyunları haqda düşünməli olduqlarını bildirib:“İndi biz davam etməliyik. Sabah istirahət etdib, sonra “Arsenal”la keçirəcəyimiz çətin qarşılaşma haqda düşünməliyik.

Tarix: 13 Sentyabr 09:12    Oxunub: 179    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Noyabr 2017
19 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.