Qurban Qurbanov: “Qarabağ”ın baş məşqçisi olduğum üçün fəxr edirəm"

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında səfərdə “Çelsi”yə 0:6 hesabıyla məğlub oldu. 

 

Sportinfo.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonrakı mətbuat konfransında öz fikirlərini bildirib:

 

“Çempionlar Liqasının qalibi olmağa namizəd bir komandayla oynadıq. “Çelsi”nin gücü hər kəsə məlumdu. Təbii ki, müəyyən səhvlər etdik, bu da bizim bu turnirdə ilk oyunumuzu keçirməyimizlə bağlıdı. Səhvlərimiz üzərində işləyəcəyik.

 

Çempionlar Liqası bizim üçün yeni turnirdi. “Qarabağ”ın baş məşqçisi olduğum üçün fəxr edirəm. Komandamızın Azərbaycanı təmsil etməsi məsuliyyətimizi artırır.

 

Səhvlərimizdən nəticə çıxarıb öz üzərimizdə işləməyə davam edəcəyik. “Çelsi” və Antonio Konteni də qələbə münasibətiylə təbrik edirəm”.

Tarix: 13 Sentyabr 08:36    Oxunub: 179    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.