"O, mənə bunu deyəndə, dəhşətli dərəcədə təəccübləndim”

PSJ-in prezidenti Nasser Əl-Xələfi Neymarın təqdimat mərasimindən danışıb. Sportinfo.az xəbər verir ki, Əl-Xələfi Braziliyada təqdimat mərasimini televiziya vasitəsilə izləyən insanların sayını eşitdikdə, dəhşətli dərəcədə təəccübləndiyini bildirib.

 

O, bu rəqəmi proqnozlaşdırmaqda çətinlik çəkdiyini vurğulayıb: “Mən “Globo TV”-nin sahibi ilə danışdım. O, mənə dedi ki, proqnozlaşdır görüm, Neymarın təqdimat mərasimini Braziliyada nə qədər insan izləyib?

 

Mən əvvəlcə 5 milyon dedim. Sonra bu rəqəmi 10 milyona qaldırdım. O, mənə deyəndə ki, mərasimi 85 milyon insan izləyib, dəhşətli dərəcədə təəccübləndim”.

Tarix: 12 Sentyabr 13:48    Oxunub: 78    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Sentyabr 2017
19 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.