Baş katib prezidentliyə namizədliyini irəli sürdü

Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.

 

Sportinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, idman funksioneri bu postda iki namizəddən biridir. Hazırda UEG-nin vitse-prezidenti olan F.Qayıbovun yeganə rəqibi Sloveniyanın Olimpiya Komitəsinin baş katibi Edvard Kolardır. O, həm də Sloveniya Gimnastika Federasiyasının baş katibidi


UEG prezidentliyinə namizədliyin irəli sürülməsi üçün son tarix 1 sentyabr 2017-ci il olub. Təşkilatın İcraiyyə Komitəsi artıq yekun siyahını təsdiqləyib.

 

2009-cu ildən quruma rəhbərlik edən fransalı Jorj Gelzek öz istəyi ilə postunu tərk etməyə qərar verib.


Səsvermə dekabrın 2-də UEG-in Xorvatiyanın Split şəhərində keçiriləcək 27-ci Konqresində baş tutacaq. Quruma üzv olan 50 federasiya səs hüququna malikdirlər.

Tarix: 12 Sentyabr 13:12    Oxunub: 75    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Sentyabr 2017
19 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.