“Qarabağ”-“Çelsi”: millət vəkillərindən PROQNOZ

Bu gün saat 22:45-də Avropa Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ” “Çelsi” ilə ilk oyununa çıxacaq. Sportinfo.az xəbər verir ki, millət vəkilləri axşam baş tutacaq oyunla bağlı öz proqnozlarını verib.

 

Fazil Mustafa: Çox güclü rəqiblə üz-üzəyik. Hesabın 3-1 “Çelsi”nin xeyrinə olacağını düşünürəm. “Qarabağ”ın “Çelsi”ni səfərdə udmasını gözləmirəm. Ancaq ümid edirəm ki, “Qarabağ” müəyyən addımlar ata biləcək.

 

Aqil Abbas: “Çelsi” Avropanın ən güclü 10 komandasından biridir. Amma “Qarabağ” da tarix yazan komandadır. Bu futboldur, təbii ki! “Çelsi” ilə oynamaq böyük fərqlilikdir. “Qarabağ” onların qarşısına çıxacaq və sona qədər döyüşəcək. Bütün türk dünyasının sevgisi onlarladır.

 

Vahid Əhmədov: “Qarabağ” pərəstiş etdiyim komandalardandır. “Çelsi” isə çox güclü komandadır. Onun rəhbəri Abramoviç vaxtı ilə SSRİ-də yaşamış adamdır. Amma “Qarabağ”ın da əzmlə döyüşəcəyinə inanıram. Hesabın heç-heçə (1-1 və ya 2-2) olacağını düşünürəm.

Tarix: 12 Sentyabr 20:36    Oxunub: 532    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Noyabr 2017
21 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.