"Əgər ailəsi bura köçübsə, mənə hara köçdüyünü deyin"

İspaniya La Liqasında mübarizə aparan “Ateltiko” (Madrid) sabiq futbolçusu Dieqo Kosta üçün “Çelsi” ilə danışıqlara başlayacağı iddia edilir.


Sportinfo.az xəbər verir ki, “zadəganlar” ispaniyalı futbolçunu komandadan göndərməyə müsbət yanaşır. 


3 ay Braziliyada istirahət etdikdən sonra Londona qayıtmağı rədd edən və baş məşqçi Antonio Konte ilə problemlər yaşayan hücumçunun transfer məsələsinin bu həftə həll olunacağı bildirilir.


Kostanın transfer məbləğinin isə 60 milyon avro olacağı iddia edilir.  Bu gəlişmələrdən sonra “Atletiko”nun prezidenti Enrike Kerezo açıqlama verib. O, Kostanın Madridə köçdüyü ilə bağlı yayılan xəbərlərlə əlaqədar bunları deyib:

 

“Əgər ailəsi bura köçübsə, mənə hara köçdüyünü  deyin. Gedib onunla danışacam. Hal-hazırda Dieqo Kosta “Çelsi”nin futbolçusudu. Yanvar ayına qədər oyunçu üçün hərəkətə keçməyəcəyik”.


Braziliya əsilli Kosta 2014-cü ildə 38 milyon avro qarşılığında “Çelsi”yə keçmişdi. O, London təmsilçisinin forması ilə  58 qol  vurub və 24 məhsuldar ötürmə edib.

 

28 yaşlı hücumçu “Atletiko” forması ilə 134 oyuna 64 qol vurub və 22 məhsuldar ötürmə edib. Əlavə edək ki, “Qarabağ” Çempionlar Liqasında “Atletiko” və “Çelsi” ilə eyni qrupda mübarizə aparacaq.

Tarix: 12 Sentyabr 20:12    Oxunub: 170    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Noyabr 2017
21 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.