İngilislər açıqladı: "Qarabağ" Londonda bu heyətlə oynayacaq

Bu gün "Qarabağ" Çempionlar Liqasının ilk turunda Londonda "Çelsi" ilə qarşılaşacaq. Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın heyətində bir neçə zədəli futbolçuların olduğu bildirilirdi.

 

Hətta baş məşqçi Qurban Qurbanov da müsahibəsində Ansi Aqollinin milli komandada zədə aldığını və yəqin ki, "Çelsi" ilə görüşü buraxacağını demişdi.

 

Lakin Aqollinin zədəsinin tam sağaldığı və ehtimal ki, onun "Çelsi" ilə oyun heyətinə salındığı bildirilir. Digər zədəli oyunçu Dani Kintananın müalicəsi davam edir. Uzun müddətə sıradan çıxan ispan futbolçu hələ bir müddət istirahət etməli olacaq.

 

İngiltərə mətbuatı oyundan bir gün əvvəl komandaların mümkün start heyətlərini açıqlayıb. Aqollinin zədəli olmasından xəbərsiz olan həmkarlarımız alban futbolçunun adını start heyətinə salıb.

 

İngilis jurnalistlər hesab edir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu oyunda yeni transferlər - Pedro Enrike, Tarik Elyunussi və Ramil Şeydayevə, həmçinin kapitan Rəşad Sadıqova ilk dəqiqələrdən şans verməyəcək.

 

Çelsi: Uilli, Kaballero, Antonio Rudiger, Hari Kahill, Andreas Kristiansen, David Zappakosta, Danni Drinkvater, Nqolo Kante, Markos Alonso, Villian, Mişi Batşuayi, Eden Hazard.

 

Qarabağ: İbrahim Şehiç, Maksim Medvedev, Yakub Rejniçak, Bədavi Hüseynov, Ansi Aqolli, Qara Qarayev, Vild-Donald Qerye, Mişel, Riçard Almeyda, Mahir Mədətov, Dino Ndlovu.

Tarix: 12 Sentyabr 12:24    Oxunub: 91    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Sentyabr 2017
19 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.