Azərbaycanın qadın karateçisi "Grand Winners" mükafatına layiq görüldü

Azərbaycan milli komandasının qadın karateçisi İrina Zaretska 2017-ci ilinin "Grand Winners" mükafatına layiq görülüb.

 

Sportinfo.az xəbər verir ki, “Bakı 2017” IV İslam Hərəyliyi Oyunlarının qalibi olan ukraynalı legioner mükafatını Almaniyanın Leyptsiq şəhərində keçirilən Premyer Liqa turnirində alıb.


Dünya Karate Federasiyasının təsis etdiyi mükafat ən nüfuzlu turnir sayılan Karate 1 Premyer Liqasında ilboyu hər çəkidə ən yüksək nəticə göstərən idmançılara verilir.

 

68 kq çəki dərəcəsində mübarizə aparan İrina Zaretska 2017-ci ildə 21 yaşadək gənclər arasında Avropa çempionu, Rotterdam və Dubayda Premyer Liqaların qalibi olmaqdan əlavə, Rabatdakı növbəti turnirdə bürünc medal uğrunda görüşə çıxıb.

Tarix: 12 Sentyabr 12:00    Oxunub: 52    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Sentyabr 2017
19 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.