“Monako”nun bizdən üstün komanda olduğunu düşünürəm"

Portuqaliya Super Liqasında mübarizə aparan “Portu”nun qolkiperi İker Kasilyas Çempionlar Liqasındakı şanslarını dəyərləndirib.


Sportinfo.az xəbər verir ki, “Monako”, “Beşiktaş” və “Leytspiq” ilə eyni qrupda mübarizə aparacaq “Portu”nun təcrübəli qapıçısı hər şeyin oynayacaqları oyundan və şansdan asılı olduğunu deyib.

 

“Portu” ÇL-dək ilk oyununu öz meydanında sentyabrın 13-ü “Beşiktaş”a qarşı keçirəcək. “Çempionlar Liqasında hər komandanın ümidi olur. Hərşey oynayacağımız oyundan və bir az da şansdan asılıdı.

 

Lakin “Monako”nun bizdən üstün komanda olduğunu düşünürəm. Biz sadəcə oynayacağımız 6 matça köklənəcəyik.  Növbəti mərhələyə keçsək, həmin mərhələni fikirləşəcəyik”.

Tarix: 12 Sentyabr 19:12    Oxunub: 124    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Noyabr 2017
21 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.