"Transfer bazarı çox dəyişib"

“Milan”ın yaşayan əfsanəsi Paolo Maldini Dortmund “Borussiya”sının hücumçusu Pyer-Emerik Obameyanqın bu kluba transfer olunma ehtimalı barədə danışıb.

 

Obameyanq 2007-2011-ci illər aralığında "Milan"ın üzvü olsa da, icarə əsasında başqa klublarda çıxış edib. Sportinfo.az xəbər verir ki, İtaliya millisinin sabiq üzvü yerli mətbuata açıqlamasında qabonlu hücumçuyla görüşdüyünü deyib.

 

O, Obameyanqın “Milan”ı istədiyini, lakin transfer qiymətinin çox baha olduğunu bildirib: “Obameyanq heç gözlənilməyən səviyyəyə çıxıb. “Milan” onun bu səviyyəyə çatacağını gözləmirdi.

 

Gənc oyunçular üçün o vaxtkı “Milan” çox güclü idi və o komandada yer tapmaq çox çətin idi. Ayrılaraq doğru qərar vermişdi. Onun yerinə sevinirəm.

 

Bir müddət öncə onunla görüşdüm. Ona məni yaxşı mənada təəccübləndirdiyini dedim. “Milan”ı çox sevdiyini dedi, ancaq hazırda qiyməti çox yüksəkdi.

 

Transfer bazarı çox dəyişib. Neymar 222 milyon avroya dəyəcək futbolçudu. Sadəcə, futbolçu Neymarı almırsız, həm də, Neymar markasını alırsız. PSJ hamıya bu cür transferi edə biləcək gücü olduğunu göstərdi”.

 

Tarix: 12 Sentyabr 18:36    Oxunub: 163    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.