Məşhurlar "Çelsi"yə axışdı, Rəşad Sadıqovun komandası 54 dəqiqə dözdü

Bu gün "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk oyununa çıxıb.

 

Sportinfo.az xəbər verir ki, Rəşad Sadıqovun komandası səfərdə "Çelsi"dəki həmyaşıdları ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

İlk hissə qolsuz heç-heçə başa çatsa da, İbrahim Qədirzadənin 49-cu dəqiqədə meydandan qovulması “Qarabağ”ın darmadağın olması ilə nəticələnib.

 

Hesabı 54-cü dəqiqədə açan “Çelsi” 27 dəqiqəyə daha 4 dəfə fərqlənib. Rəqibin kapitanı Luk MakKormik isə 13 dəqiqəyə het-trikini rəsmiləşdirib. 

 

Matçı tanınmış simalar da izləyib. London təmsilçisinin Surreydəki təlim-məşq bazasında keçirilən qarşılaşmanı “Çelsi”nin sabiq futbolçuları Co Koul və Paulo Ferreyra da seyr edirlər.
 
2003-2010-cu illərdə “zadəganlar”ın formasını geyinmiş Koul hazırda ABŞ-ın “Tampa-Bey Raudis” klubunda çıxış edir. Futbolçu karyerasını “Çelsi”də bitirən Ferreyra isə hazırda London təmsilçisinin səfiridi.

 

"Çelsi” (İngiltərə) – "Qarabağ” (Azərbaycan) 5:0

Qollar: Hudson Odoi, 54, Luk Makkormik, 63, 71, 74, Çarli Broun, 80

Qırmızı vərəqə: İbrahim Qədirzadə, 49

Baş hakim: Robert Hennessi
Yan xətt hakimləri: Darraq Kiqan , Darren Keri (hamısı İrlandiya)
Dördüncü hakim: Con Basbi (İngiltərə)
UEFA nümayəndəsi: Bert Andersson (İsveç)
Hakim-inspektor: Peter Cons  (İngiltərə)
Surrey. “Çelsi”nin təlim-məşq bazasının stadionu

"Çelsi” klubunun təlim-məşq mərkəzinin stadionu

 

"Çelsi": Kamminq, Ceyms, Kolli, Çaloba, Dasilva, Ampadu, Sterlinq, Makkormik (k), Teylor-Krossdeyl, Meddoks, Xadson-Odoi

 

Ehtiyat oyunçular: Bulka, Familio-Kastilyo, Braun, Makikran, Qei, Qallaxer, Qrand

 

"Qarabağ": Məmməd Hüseynov, Turan Manafov, Süleyman Əhmədov, Oliver Stoymenovski,Zaur Fərzəliyev (k), Əsgər Hüseynov,İbrahim Qədirzadə, İbrahim Əliyev,  Elçin Əsədov,Boyan Miovski,Yusif Həsənov

 

Ehtiyat oyunçular: Rəhim Rəhimli, Rahid Ağazadə, Ülvi İbrahimov, Əli Əliyev, Famin Əliyev, İbrahim Hüseynov, Taleh Rzayev.

Tarix: 12 Sentyabr 18:12    Oxunub: 739    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.